Əsas Səhifə > İnfrastruktur > Qobustanda daha bir körpü yenilənəcək
Qobustanda daha bir körpü yenilənəcəkDünən, 10:01 |
|
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində daha bir körpünün yenilənməsi nəzərdə tutulur. Şəffaflıq.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, son bir neçə ayda rayonda 5 yeni körpü inşa edilərək istifadəyə verilib. Onlardan 3-ü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrində, digər 2-si isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir. Qobustanda istifadəyə verilən üçüncü körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni isə 10 metrdir. Eyni ərazidə yerləşən 4-cü körpünün də sökülərək yenidən inşasına yaxın günlərdə başlanılması nəzərdə tutulur. Geri qayıt |