Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Quldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirib

Quldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirib


Bu gün, 10:05


Somali quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Associated Press (AP) Hind okeanında Dəniz Təhlükəsizliyi Mərkəzinə (MSCIO) istinadən məlumat yayıb.

"Azini" adlı gəmi Somalinin şimal-şərq sahillərində, Bandar-Beyla və Hafun şəhərləri arasındakı ərazidə ələ keçirilib.

Puntlend muxtar regionunun dəniz polisindəki mənbənin məlumatına görə, gəmidə 21 İran vətəndaşı və iki somalili mühafizəçi olub. Hücumda 12 quldur iştirak edib. Ekipaj üzvlərinin hazırkı vəziyyəti barədə hələlik məlumat yoxdur.

MSCIO xəbərdarlıq edib ki, ələ keçirilən gəmidən ticarət gəmilərinə hücumlar üçün üzən baza kimi istifadə oluna bilər.

Avropa İttifaqının "Atalanta" hərbi-dəniz əməliyyatı insidentlə bağlı araşdırmaya başlayıb. Əməliyyatın rəhbərliyi bölgədəki gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.


Geri qayıt