Əsas Səhifə > MALİYYƏ > Azərbaycan ADB-nin aqrar sektorun iqlim dəyişikliyinə uyğunlaşdırılması proqramına daxil edilib

Azərbaycan ADB-nin aqrar sektorun iqlim dəyişikliyinə uyğunlaşdırılması proqramına daxil edilib


Bu gün, 09:52


Asiya İnkişaf Bankı (ADB) iqlim dəyişiklikləri şəraitində aqrar sektorun preventiv adaptasiyasına və çay hövzələrinin dayanıqlığının artırılmasına yönəlmiş "Buzlaqlardan fermalara" (G2F) regional texniki yardım proqramının reallaşdırılmasının aktiv mərhələsinə başlayıb.

Şəffaflıq.az ADB-yə istinadən xəbər verir ki, layihənin maliyyə təminatı Yaşıl İqlim Fondunun dəstəyi ilə həyata keçirilir.

Texniki yardım çərçivəsində təsdiq edilmiş maliyyələşdirmənin ümumi məbləği təxminən 5 milyon ABŞ dollarına çatır. Qrant vəsaitləri regionun 9 iştirakçı dövləti arasında bölüşdürülüb. Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan olub. Tacikistan üçün 560 min ABŞ dolları məbləğində maliyyələşdirmə nəzərdə tutulduğu halda, digər 8 ölkənin hər biri 555 min ABŞ dolları əldə edəcək.

G2F proqramı elmi məlumatlara əsaslanan qərarların qəbul edilməsi və investisiya planlaşdırılması baxımından dövlətlərin institusional imkanlarının gücləndirilməsinə yönəlib. Layihənin icrası gedişatında transsərhəd səviyyədə ekosistemlərin dayanıqlığının kompleks təhlilinin aparılması, çay hövzələrinin və su toplayıcı ərazilərin inkişafı proqramlarının hazırlanması, eləcə də ekspert və elmi dairələrin iştirakı ilə bilik mübadiləsi üçün regional platformanın formalaşdırılması nəzərdə tutulur.


Geri qayıt