Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölübBu gün, 09:23 |
|
ABŞ-də Florida ştatının Qrinakres şəhərində "Learjet" biznes-jetinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi "X" sosial şəbəkəsində yazıb. Nazirin sözlərinə görə, təyyarə Texas ştatının Ostin şəhərindən havaya qalxaraq Baham adalarına istiqamət alıb. Göyərtədə olan 9 nəfərin hamısı həlak olub. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Nəqliyyat Nazirliyi ilə birgə aviaqəzanın səbəblərini araşdırır. Bununla yanaşı, hadisə zamanı yerdə olan şəxslər arasında ölən və ya xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur. Geri qayıt |