Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > İşsiz vətəndaşlara şad xəbər: 2 ay ərzində ... - RƏSMİ

İşsiz vətəndaşlara şad xəbər: 2 ay ərzində ... - RƏSMİ


7-04-2020, 18:17
 ''Əmək müqaviləsi olmadan işləyən işçilərin sosial təminatı yoxdur. Onlar əvvəlcədən bu haqqda düşünməli idi.Biz işsiz vətəndaşlarımızı da unutmamışıq''
Şəffaflıq.az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında bildirib.
'' Hal-hazırda 190 manat işsizlik müavinəti, işsiz və pandemiya şəraitində iş yerini itirənlərə aiddir. Bugün işsizlikdən əziyyət çəkən vətəndaşlarımızın sosial rifahı üçün 70milyon manat ayrılıb. İki ay ərzində onlara ödənişlər ediləcək. Karatin səbəbindən iş yerləri dayandırılan vətəndaşlara da kömək ediləcək. Təqribən 2 mindən çox insana yardım ediləcək.''
Sahil Babayev pensiya ödənişlərinin də sabahdan etibarən ödəniləcəyini bildirib.
''4 istiqamət üzrə insanlara sosial dəstək veriləcək. Həyati vacib obyektlərin işini davam etdirməkdə olan iş yerləri üçün işçi təminatı təmin edilib. Bu gün dövlət sektorunda 910 min nəfər əmək müqaviləsi ilə işləyir".
Nazir bildirib ki, qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə işləyənlər ikinci istiqamətdə dəstək alacaq işçilərdir:
"Bu sektorda 660 min əmək müqaviləsi ilə çalışır. Son 10 gündə əmək müqaviləsi ilə işləyənlərin sayında ciddi artım olub. Ləğv edilən hər bir əmək müqaviləsi üzrə işəgötürənlərlə müzakirə aparılır. Onlara izah edilir ki, bu dövrdə maksimum dərəcədə müqavilələrin ləğvi olmasın".
Nazirlikdən bildirirlər ki, işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin qrafikdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. http://sosial.gov.az/post/3320
İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyatla alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.


Geri qayıt