Əsas Səhifə > Hadisə > Fərid Əhmədov Samuxda vətəndaşları qəbul edəcək

Fərid Əhmədov Samuxda vətəndaşları qəbul edəcək


Bu gün, 10:49


Ədliyyə naziri Fərid Əhmədov noyabrın 6-da Samux rayonunda Gəncə şəhəri, Daşkəsən, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 5 noyabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Gəncə regional ədliyyə idarəsinə (ünvan: Gəncə şəhəri, 28 May küçəsi 52, əlaqə telefonu: +994 12 510 10 01, daxili nömrə: 17141, 17131, 17171) müraciət edərək qəbula yazıla bilərlər.

Həmçinin qebul@justice.gov.az e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında "Elektron xidmətlər" bölməsində "Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması" xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Şəffaflıq.az


Geri qayıt