Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > ABŞ-də helikopterlər toqquşub, ölənlər var

ABŞ-də helikopterlər toqquşub, ölənlər var


Bu gün, 10:28


ABŞ-nin Oreqon ştatında iki helikopterin toqquşması nəticəsində üç nəfər ölüb.

Şəffaflıq.az "Associated Press"ə istinadən məlumatına görə, qəza 29 oktyabrda yerli vaxtla təxminən saat 14:10-da (Bakı vaxtı ilə saat 30 oktyabrda, saat 01:10) Makminvil şəhərindən şimalda baş verib.

Yamhill dairəsi şerifinin ofisinin məlumatına görə, "Robinson R22" və "Airbus" helikopterləri Emiti-Deyton şosesi ilə Krinksxenk yolunun kəsişməsində havada toqquşub.

"Robinson R22"nin göyərtəsində texaslı təlimatçı pilot və onun Böyük Britaniyadan olan yetirməsi olub. "Airbus"da isə 38 yaşlı yerli sakin olub. Onların hər üçü ölüb.

Toqquşmanın səbəbi hələ müəyyən edilməyib.

ABŞ-nin Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şurası (NTSB) və Mülki Aviasiya Federal İdarəsi (FAA) tərəfindən araşdırma aparılır.


Geri qayıt