Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olubBu gün, 10:05 |
|
Uruqvayda təlim uçuşu zamanı iki təyyarənin toqquşması nəticəsində pilotlardan biri həlak olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Subrayado" nəşri Hərbi Hava Qüvvələrinin (HHQ) bəyanatına istinadən məlumat yayıb. Hadisə cənubdakı Kanelones departamentinin Quasuvira kurort şəhəri ərazisində baş verib. İki kiçik təyyarə havada toqquşub. Uruqvay HHQ-dən bildirilib ki, toqquşmadan sonra təyyarələrdən biri qəza enişi edib, digəri isə meşəlik əraziyə düşüb, nəticədə pilot həlak olub. Digər təyyarənin pilotu xəsarət almayıb. "Həlak olan pilotun 58 yaşı var idi, o, istefada olan HHQ zabiti olub", - "Subrayado" qeyd edir. Geri qayıt |