Əsas Səhifə > İnfrastruktur > Regional Su Meliorasiya Xidməti Abşeronda qəzalı vəziyyəti aradan qaldırmağa 4 milyon manat xərcləyəcək

Regional Su Meliorasiya Xidməti Abşeronda qəzalı vəziyyəti aradan qaldırmağa 4 milyon manat xərcləyəcək


Bu gün, 15:41


Abşeron rayonunda, o cümlədən Xirdalan şəhərində içməli, kanalizasiya və yağış sularının axıdılması sistemlərində yaranmış qəzalı vəziyyətin aradan qaldırılması üçün tədbirlərin görülməsinə 4,195 milyon manat xərclənəcək.

Şəffaflıq.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

İşləri "Evrascon"ASC - Avropa-Asiya Tikinti Korporasiyası görəcək. O, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin elan etdiyi tenderin qalibi olub.


Geri qayıt