Əsas Səhifə > REGİON > Türkiyədə güclü leysan gözlənilir, 20 vilayət üçün xəbərdarlıq edilib
Türkiyədə güclü leysan gözlənilir, 20 vilayət üçün xəbərdarlıq edilibBu gün, 09:20 |
|
Türkiyənin böyük hissəsində oktyabrın 28-dən etibarən güclü leysan yağışlarının təsirli olacağı gözlənilir. Şəffaflıq.az xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar 20 vilayət üçün sarı, Muğla vilayəti üçün isə narıncı xəbərdarlıq kodu elan edib. Sarı xəbərdarlıq Adıyaman, Antalya, Aydın, Bingöl, Burdur, Denizli, Diyarbakır, Elazığ, Gaziantep, Isparta, İzmir, Kahramanmaraş, Malatya, Mardin, Mersin, Muğla, Şanlıurfa, Tunceli və Batman vilayətlərini əhatə edir. Məlumata görə, oktyabrın 29-da Respublika Günü münasibətilə İstanbulda güclü leysan yağacağı, Ankarada isə yağışlı havanın davam edəcəyi gözlənilir. Bəzi bölgələrdə sel, subasma və güclü külək təhlükəsinin olduğu bildirilib. Qeyd edək ki, sarı xəbərdarlıq potensial təhlükəli hava hadisələrini, narıncı xəbərdarlıq isə təhlükəli meteoroloji şəraitin gözlənildiyini bildirir. Geri qayıt |