Əsas Səhifə > SİYASƏT > Əlcəzair Azərbaycan şirkətlərinə 7 neft-qaz bloku üzrə tenderdə iştirak etməyi təklif edib

Əlcəzair Azərbaycan şirkətlərinə 7 neft-qaz bloku üzrə tenderdə iştirak etməyi təklif edib


Bu gün, 10:00


Əlcəzair geoloji kəşfiyyat üçün 7 bloku özündə birləşdirən "Algeria Bid Round 2026" beynəlxalq tenderində iştirak etmək üçün Azərbaycanın neft-qaz şirkətlərinə dəvət göndərib.

Şəffaflıq.az Əlcəzairin Karbohidrogenlər Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar Moskvada Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 28-ci nazirlər görüşü çərçivəsində Əlcəzairin dövlət naziri, karbohidrogenlər qurumunun rəhbəri Məhəmməd Arkabın Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşü zamanı baş tutub.

Danışıqların iştirakçıları karbohidrogen sektorunda Əlcəzair və Azərbaycan arasındakı ikitərəfli əlaqələrin hazırkı səviyyəsini təhlil edib və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.


Geri qayıt