Əsas Səhifə > SİYASƏT > Azərbaycan Əlcəzairlə neft-kimya məhsullarının ticarətini müzakirə edib

Azərbaycan Əlcəzairlə neft-kimya məhsullarının ticarətini müzakirə edib


Bu gün, 15:45


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əlcəzairinin "Sonatrach" şirkəti arasında neft və neft-kimya məhsullarının ticarəti üzrə tərəfdaşlıq imkanları müzakirə edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə energatika naziri Pərviz Şahbazov "X" sosial şəbəsindəki hesabında bildirib.

Bununla bağlı müzakirələr Moskvada Əlcəzairin dövlət naziri, karbohidrogenlər naziri Məhəmməd Arkab ilə görüşdə aparılıb.

Bildirilib ki, enerji əməkdaşlığının inkişafını, Birgə İşçi Qrupun və Birgə Komissiyanın qarşıdakı iclasları da müzakirə edilib.


Geri qayıt