Əsas Səhifə > SİYASƏT > Niderlandın XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Niderlandın XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edibBu gün, 13:57 |
|
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib. Şəffaflıq.az xəbər verir ki, nazir Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğulayıb və qeyd edib ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir. Geri qayıt |