Əsas Səhifə > SİYASƏT > Monteneqroda Berlin Prosesi Liderlər Sammiti keçirilir
Monteneqroda Berlin Prosesi Liderlər Sammiti keçirilirBu gün, 10:28 |
|
Monteneqronun Miloçer bölgəsində bu gün Berlin Prosesi Liderlər Sammiti keçirilir. Şəffaflıq.az Balkan bürosu xəbər verir ki, sammit Monteneqronun Berlin Prosesinə builki sədrliyinin yekun tədbiridir. Sammitdə Qərbi Balkan ölkələrinin liderləri, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin nümayəndələri, o cümlədən Avropa Komissiyasının (AK) genişlənmə məsələləri üzrə komissarı Marta Kos iştirak edəcəklər. Monteneqronun sədrliyi dövründə Berlin Prosesi çərçivəsində 14-ü nazirlik səviyyəsində təşkil olunmaqla, ümumilikdə 26 tədbir keçirilib. Bu, Berlin Prosesinin tarixində bir sədrliyin müddətində keçirilən ən çox tədbir göstəricisidir. Qeyd edək ki, Berlin Prosesi Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyasını, regional əməkdaşlığın gücləndirilməsini və iqtisadi əlaqələrin inkişafını təşviq edən təşəbbüsdür. Geri qayıt |