Əsas Səhifə > ELM VƏ TƏHSİL > Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıbBu gün, 14:15 |
|
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. Şəffaflıq.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub: "Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir". Geri qayıt |