Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Oman sahillərində tanker mərmi ilə vurulub

Oman sahillərində tanker mərmi ilə vurulub


Bu gün, 13:56


Tanker Omandakı Buxxa şəhərindən təxminən 20 kilometr qərbdə naməlum mərmi ilə vurulub.

Şəffaflıq.az "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

İdarənin məlumatına görə, gəmidə baş verən yanğın söndürülüb, gəmi lövbər salıb.

Ekipajın bütün üzvləri təhlükəsizlikdədir, xəsarət alanlar barədə məlumat yoxdur.


Geri qayıt