Əsas Səhifə > Gündəm > SON DƏQİQƏ: Azərbaycanda daha 2 nəfər koronavirusdan öldü
SON DƏQİQƏ: Azərbaycanda daha 2 nəfər koronavirusdan öldü5-04-2020, 20:09 |
Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat etmişdir. Şəffaflıq.az xəbər verir ki, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilmişdir. Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır. Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmişdir. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür. Geri qayıt |