Əsas Səhifə > XARİCİ XƏBƏR > "İstəklilər koalisiyası" Ukraynaya təxminən 1 500 hərbçi göndərəcək
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1 500 hərbçi göndərəcəkBu gün, 10:08 |
|
Böyük Britaniya, Polşa, Fransa və Almaniyanın azı 1 500 hərbi qulluqçusu "Könüllülər koalisiyası"nın noyabrda keçiriləcək ilk təlimlərində iştirak edəcək. Şəffaflıq.az-ın Məlumata görə, Polşada keçiriləcək manevrlər atəşkəsdən sonra Ukraynaya qoşun və texnikanın göndərilməsi üçün məşq olacaq. "İstəklilər koalisiyası" Ukraynaya yardım göstərmək üçün əsasən Avropa ölkələrinin daxil olduğu 30-dan çox ölkənin qeyri-rəsmi ittifaqıdır. Koalisiya 2025-ci ilin yazında yaradılıb. Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi koalisiya, münaqişə bitdikdən sonra hərbi kontingentlərin yerləşdirilməsi də daxil olmaqla, Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayır. Geri qayıt |