Əsas Səhifə > Dünya > Kovid-19 virusuna qarşı Peyvəndin 6 həftə ərzində hazır olacağı gözlənilir.
Kovid-19 virusuna qarşı Peyvəndin 6 həftə ərzində hazır olacağı gözlənilir.5-04-2020, 11:10 |
Acıbadem Labcell Hüceyrəvi Terapiya Laboratoriyasının rəhbəri professor Ercüment Ovalı koronavirusa qarşı peyvənd hazırlamaq məqsədilə ötən gecə komandası ilə birlikdə fəaliyyətə başlayıb. Şəffaflıq.az xəbər verir ki, sosial media hesabından paylaşım edən Ovalı "Virusun 72 saat içində göstərdiyi təsirdən daha çox şey müşahidə etdik. Vero hüceyrələr gözlənildiyindən qısa müddətdə parçalandı. Niyə? Araşdırmağa çalışacağıq. Gözləmədiyimiz şeylər olur, amma tədqiqat sayəsində nəticələr əldə edəcəyimizi düşünürük", - deyə qeyd edib. Ercüment Ovalı və komandasına sosial media istifadəçiləri tərəfindən böyük dəstək gəlir. Professorun vero hüceyrə dediyi Afrika yaşıl meymun böyrək epitel hüceyrəsi kimi tanınır. Bu hüceyrə tədqiqatlarda daha çox istifadə edilir. Qeyd edək ki, ABŞ-ın biotexnoloji şirkəti olan "Kentucky BioProcessing" (KBP) tütündən Kovid-19 virusuna qarşı peyvənd hazırlamaq məqsədilə fəaliyyətə başlayıb. Tütün bitkisi xəstəliklərə səbəb olan patogenləri ehtiva etmədiyi üçün daha etibarlı sayılır. Peyvəndin 6 həftə ərzində hazır olacağı gözlənilir. Geri qayıt |