Əsas Səhifə > Gündəm / Cəmiyyət > "Koronavirus xəstəliyinə görə "oruc tutmaq mümkün olmayacaq" demək düzgün ...

"Koronavirus xəstəliyinə görə "oruc tutmaq mümkün olmayacaq" demək düzgün ...


4-04-2020, 16:32

 "Koronavirus xəstəliyinə görə "oruc tutmaq mümkün olmayacaq" demək düzgün deyil. Çünki belə bir şey ola bilməz".
Şəffaflıq.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində deyib.
"Bunu kim desə, deməli, ya din xadimi, ya da dindar deyil. Hansısa bir insan koronavirus və ya başqa xəstəliyə tutulubsa, oruc tutmamalıdır".
Xatırladaq ki, Ramazan ayı aprelin 25-dən başlayır. Azərbaycanda mayın 24-25-də Ramazan bayramı kimi qeyd olunacaq.

Geri qayıt