Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Yəməndə son sutka ərzində husilərin hücumları nəticəsində 5 nəfər ölüb

Yəməndə son sutka ərzində husilərin hücumları nəticəsində 5 nəfər ölüb


Bu gün, 12:46


Yəmənin Taiz əyalətində son sutka ərzində husilərin hücumları nəticəsində 5 dinc sakin ölüb, 17 nəfər isə yaralanıb.

Şəffaflıq.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Yəmənin "Saba" dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində əyalətdə husilər tərəfindən 43 pozuntu qeydə alınıb. Ölənlər arasında beş yaşlı bir qız da var.

Məlumata görə, husilər əyalətin yaşayış məntəqələrini artilleriya və minaatan mərmiləri də daxil olmaqla, 180-dən çox sursatla atəşə tutublar. Bundan əlavə, pilotsuz uçuş aparatlarından istifadə edilməklə də hücumlar qeydə alınıb.

Nəticədə 7 yaşayış evi, 12 avtomobil, Taiz şəhərindəki "Əl-Səfva" xəstəxanası və "Əl-Səid" məscidi zədələnib.

Qeyd edilib ki, davam edən atəşlər və malların tədarükünə qoyulan məhdudiyyətlər əyalətdə humanitar vəziyyəti daha da ağırlaşdırır.


Geri qayıt