Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək
Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcəkBu gün, 12:42 |
|
Şri-Lankanın xarici işlər naziri Vicita Herat oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Səfər zamanı nazir iştirakçı ölkələrdən, o cümlədən Qazaxıstan, Özbəkistan və Tacikistandan olan həmkarları, həmçinin ev sahibi olan Azərbaycanın rəhbərliyi və AQEM-in baş katibi ilə ikitərəfli danışıqlar aparacaq", - məlumatda bildirilib. Həmçinin qeyd olunub ki, səfər Şri-Lankanın Asiya ölkələri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsinə və Mərkəzi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatları ilə iqtisadi tərəfdaşlığın inkişafına töhfə vermək məqsədi daşıyır. Geri qayıt |