Əsas Səhifə > REGİON > Ermənistanda Xüsusi Ordu Korpusunun komandan müavini vəzifəsindən azad edilib

Ermənistanda Xüsusi Ordu Korpusunun komandan müavini vəzifəsindən azad edilib


Bu gün, 12:50


Ermənistan Silahlı Qüvvələrinin Xüsusi Ordu Korpusunun komandanının müavini Artsvik Qriqoryan vəzifəsindən azad edilib.

Şəffaflıq.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir Nikol Paşinyanın təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının 133-cü maddəsinin 1-ci hissəsinə, eləcə də "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında" qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq, Artsvik Qriqoryan Xüsusi Ordu Korpusu komandanının müavini vəzifəsindən azad edilsin", - fərmanda bildirilib.

O bu vəzifəyə 2025-ci il oktyabrın 22-də təyin edilmişdi.


Geri qayıt