Əsas Səhifə > XARİCİ XƏBƏR > Çexiya Prezidenti seçkilərdə iştirak etmək üçün məzuniyyətini yarımçıq qoyub

Çexiya Prezidenti seçkilərdə iştirak etmək üçün məzuniyyətini yarımçıq qoyub


Bu gün, 09:21


Çexiya Prezidenti Petr Pavel bələdiyyə və Senat seçkilərində səs vermək üçün bir neçə saatlıq Mərakeşdən vətənə qayıdıb.

Şəffaflıq.az "Idnes" portalına istinadən xəbər verir ki, dövlət başçısı səsvermədə iştirak etməmək barədə ilkin qərarının tənqid olunmasından sonra məzuniyyətini yarımçıq qoyub.

Pavel ünvanına səsləndirilən iradları haqlı qəbul edib və planlarına yenidən baxıb. O, Kasablankadan Praqaya özəl aviaşirkətin təyyarəsi ilə uçub, səsvermədən sonra isə Mərakeşə qayıdıb. Uçuş xərclərini prezident öz şəxsi vəsaiti hesabına ödəyib.

Çexiyada cümə və şənbə günləri yerli özünüidarəetmə orqanlarına, eləcə də parlamentin yuxarı palatası olan Senatın tərkibinin üçdə birinə seçkilər keçirilir.


Geri qayıt