Əsas Səhifə > SİYASƏT > İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşaya gediblər

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşaya gediblər


Dünən, 15:48


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçıları Şuşa şəhərində olublar.

Şəffaflıq.az xəbər verir ki, qonaqlar Şuşaya səfərlərini yaşayış kompleksini ziyarətlə başlayıblar.

Onlar uzin illərdən sonra doğma yurduna dönən sakinlərlə söhbət ediblər.

Qonaqlar səfər proqramı əsasında Şuşanın gəzməli yerlərində olacaq, tarixi məkanları ziyarət edəcəklər.


Geri qayıt