Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Paşinyan və Pezeşkian ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmağı planlaşdırırlar
Paşinyan və Pezeşkian ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmağı planlaşdırırlarBu gün, 11:36 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian yaxın gələcəkdə ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq barədə planlarını bəyan ediblər. Şəffaflıq.az erməni mediasına istinadən xəbər verir ki, görüş Türkmənistandakı "Avaza" Milli Turizm Zonasında MDB Dövlət Başçıları sammiti çərçivəsində keçirilib. "Həmsöhbətlər yüksək səviyyəli intensiv ikitərəfli təmasları vurğulayıblar və onların Ermənistan-İran münasibətlərinin ardıcıl inkişafına və genişlənməsinə töhfə verdiyini qeyd ediblər. Tərəflər Ermənistan-İran münasibətlərinin yaxın gələcəkdə yeni səviyyəyə yüksələcəyinə əminliklərini ifadə ediblər və yaxın vaxtlarda planlaşdırılan yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini vurğulayıblar", - məlumatda bildirilib. N.Paşinyan həmçinin Ermənistanda strateji layihələrin həyata keçirilməsində İran şirkətlərinin iştirakını qeyd edib. Geri qayıt |