Əsas Səhifə > SİYASƏT > Qazaxıstanda HHQ-nin keçmiş baş komandanı Xəzərdəki faciə ilə əlaqədar həbs edilib

Qazaxıstanda HHQ-nin keçmiş baş komandanı Xəzərdəki faciə ilə əlaqədar həbs edilib


Bu gün, 15:07


Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələrinin keçmiş baş komandanı Kanat Niyazbəkov Xəzər dənizində təlimlər zamanı hərbi qulluqçuların həlak olması faktı ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Kazinform" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

"Daxili İşlər Nazirliyinin hərbi-istintaq bölməsi tərəfindən Xəzər dənizində təlimlər zamanı hərbi qulluqçuların həlak olması faktı ilə bağlı cinayət işinin istintaqı çərçivəsində xidmətə laqeyd münasibətə görə Silahlı Qüvvələrin Hərbi-Dəniz Qüvvələrinin keçmiş Ali Baş Komandanı, 1-ci dərəcəli kapitan saxlanılaraq müvəqqəti saxlama yerinə yerləşdirilib" - idarənin məlumatında bildirilib.

Agentlik qeyd edir ki, məhkəmənin sanksiyası ilə Niyazbəkov həbs edilib. Məhkəməyədək istintaq davam edir.

Əvvəllər məlumat verilmişdi ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Müdafiə Nazirliyinin üç rəhbərini vəzifəsindən azad edib.

Xatırladaq ki, sentyabrın 24-də Xəzərdə "Xəzər qorğanı - 2026" təlimləri zamanı döyüş-təlim tapşırığının yerinə yetirilməsi əsnasında hava şəraitinin kəskin pisləşməsi səbəbindən hərbi qulluqçuları dənizə aparmışdı. Axtarış əməliyyatının yekunlarına görə 14 nəfərin həlak olduğu və üç nəfərin sağ qaldığı bildirilmişdi.


Geri qayıt