Əsas Səhifə > REGİON > Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVABu gün, 12:03 |
|
Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağıb. Şəffaflıq.az xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 6-sı saat 9:00-a olan məlumatında qeyd edilib. Düşən yağıntının miqdarı Astarada 7, Cəlilabad, Lənkəran, Lerikdə 5, Salyan, Neftçalada 2, Biləsuvar, Quba, Sabirabad, Zərdab, Hacıqabul, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb. Geri qayıt |