Əsas Səhifə > REGİON > Türkiyədə sərnişin təyyarəsində bomba olması xəbəri təsdiqlənməyib

Türkiyədə sərnişin təyyarəsində bomba olması xəbəri təsdiqlənməyib


Bu gün, 08:28


Türkiyənin paytaxtı Ankaradan Şanlıurfaya uçan "AJet" aviaşirkətinə məxsus sərnişin təyyarəsində uçuş zamanı partlayıcı maddənin olması ilə bağlı məlumat təsdiqini tapmayıb.

Bu barədə yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, bomba zərərsizləşdirmə mütəxəssisləri, kinoloji itlər sərnişin salonunda və yük bölməsində axtarış aparıb. Lakin hər hansı partayıcı maddə aşkarlamayıblar.

Bununla da axtarışlar və təhlükəsizlik araşdırması başa çatıb.

Xatırladaq ki, ötən gün sərnişin təyyarəsində uçuş zamanı partlayıcı maddənin olması ilə bağlı məlumat daxil olub. Təyyarə Şanlıurfa Hava Limanına təhlükəsiz eniş edib, 136 sərnişin və 7 heyət üzvünün təhlükəsiz təxliyəsi üçün zəruri tədbirlər görülüb. Ümumilikdə 143 nəfər təyyarədən təxliyə olunub.

Təyyarədə yoxlamalar başa çatdıqdan və hər hansı partlayıcı maddə aşkar olunmadığından hava limanı yenidən fəaliyyətini bərpa edib.

Şəffaflıq.az


Geri qayıt