Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > BMT-nin İnsan Hüquqları Şurası Suriya üzrə missiyanın mandatını uzadıb
BMT-nin İnsan Hüquqları Şurası Suriya üzrə missiyanın mandatını uzadıbBu gün, 08:25 |
|
BMT-nin İnsan Hüquqları Şurası Sudan üzrə Müstəqil Beynəlxalq Fakt Araşdırma Missiyasının mandatını daha bir il uzadıb. Şəffaflıq.az "Sudan Tribune" qəzetinə istinadən məlumatına görə, qətnaməni 47 şura üzvündən 28-i dəstəkləyib, 10-u əleyhinə səs verib, 9 nəfər bitərəf qalıb. Qətnamədə Sudan Silahlı Qüvvələri, Çevik Reaksiya Qüvvələri və BMT üzv dövlətləri missiya ilə əməkdaşlıq etməyə, araşdırmaları üçün lazım olan sənədləri, dəlilləri və girişi təmin etməyə çağırılır. Missiyaya BMT İnsan Hüquqları Şurasını öz işi barədə məlumatlandırmaq və insan hüquqlarının pozulması və məsul şəxslərin məsuliyyətə cəlb edilməsi tədbirləri barədə ətraflı hesabat hazırlamaq tapşırılıb. BMT Baş Assambleyasına ayrıca hesabat təqdim ediləcək. Qətnamədə həmçinin silah və pilotsuz təyyarələrin qanunsuz ötürülməsi və xarici muzdluların istifadəsi də daxil olmaqla, münaqişəyə xarici müdaxilə ilə bağlı narahatlıq ifadə olunur. Şura tərəfləri dərhal və qeyd-şərtsiz atəşkəs və onun həyata keçirilməsini təmin etmək üçün müstəqil monitorinq mexanizmi yaratmağa çağırıb. Beynəlxalq missiya 2023-cü ilin oktyabrında Sudanda beynəlxalq humanitar hüquq və insan haqlarının iddia edilən pozuntularını araşdırmaq üçün yaradılıb. Geri qayıt |