Əsas Səhifə > Dünya > Ukrayna Daxili Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı Rus casuslarını tutdu: Koronavirusa görə...
Ukrayna Daxili Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı Rus casuslarını tutdu: Koronavirusa görə...3-04-2020, 18:05 |
Ukraynanın Daxili Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı (SBU) paytaxt Kiyevdə ruslardan pul alaraq, sosial şəbəkələrdə Ukraynadakı koronavirus epidemiyası bağlı saxta xəbərlər yayan iki nəfəri həbs edib. Şəffaflıq.az-ın məlumatına görə, SBU-dan yayılan açıqlamada bildirilib ki, Rusiya rəsmilərinin Kiyevdə olan iki şəxslə təmasa keçərək bu şəxslərə pul qarşılığında COVİD-19-la bağlı saxta xəbərlər yaymaq təklifi edib. Açıqlamada SBU qruplarının bu iki nəfərin Rusiyadan aldıqları və sosial şəbəkədə yaydıqları xəbərlərin məqsədinin cəmiyyətdə panika yaratmaq, iqtidarın fəaliyyətini gözdən salmaq, ölkədə siyasi sabitliyi pozmaq olduğunun müəyyən edildiyi vurğulanıb. Ukrayna kəşfiyyatına danışan bu şəxslər Rusiyadan bəzi şəxslərin koronavirusla bağlı saxta xəbərlər yaymaq mövzusunda təkliflər etdiklərini və onların bu təkliflə razılaşdıqlarını deyiblər. Geri qayıt |