Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > ABŞ Karib dənizində narkotik daşıyan gəmiyə zərbə endirib

ABŞ Karib dənizində narkotik daşıyan gəmiyə zərbə endirib


Bu gün, 08:33


ABŞ hərbçiləri Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli sürətli katerə zərbə endirib, nəticədə dörd nəfər həlak olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

"Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığında fəal iştirak etdiyini göstərirdi", - komandanlığın "X" sosial şəbəkə hesabında paylaşılan məlumatında qeyd olunub.

ABŞ mətbuatının məlumatına görə, 2025-ci ilin payızında hücumlar başlayandan bəri ABŞ Silahlı Qüvvələrinin narkotacirlər tərəfindən istifadə edildiyi ehtimal olunan katerlərə endirdiyi zərbələrdə 230-dan çox insan ölüb.


Geri qayıt