Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Zimbabvedə helikopter qəzasında 6 nəfər ölüb
Zimbabvedə helikopter qəzasında 6 nəfər ölübBu gün, 10:30 |
|
Zimbabvenin Marondera şəhəri ətrafında helikopter qəzasında 6 nəfər ölüb. Şəffaflıq.az "New Zimbabwe" portalına istinadən xəbər verir ki, bu barədə Zimbabvenin İnformasiya və Yayım Xidmətləri Nazirliyinin katibi Nik Manqvana bildirib. Onun sözlərinə görə, helikopterin göyərtəsində tanınmış biznesmen Viknell Çivayo, eləcə də 3 sərnişin və 2 pilot olub. Yerli polis helikopterin göyərtəsində olan hər kəsin öldüyü təsdiqləyib. Aviaqəzanın səbəbləri araşdırılır. Geri qayıt |