Əsas Səhifə > SİYASƏT > Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilirBu gün, 10:27 |
|
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir. Şəffaflıq.az xəbər verir ki, Bakıda, VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) çərçivəsində baş tutan tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunur. İclasda müdafiə sənayesi sahəsində tərəfdaşlığın önəmindən danışılacaq, hərbi-texniki sahədə əməkdaşlıq istiqamətləri müzakirə ediləcək. Qeyd edək ki, TDT-yə üzv olan ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclası ötən il İstanbul şəhərində "IDEF 2025" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilib. Geri qayıt |