Əsas Səhifə > FUTBOL > UEFA Millətlər Liqası: Azərbaycan millisi bu gün Bakıda Lixtenşteynlə qarşılaşacaq
UEFA Millətlər Liqası: Azərbaycan millisi bu gün Bakıda Lixtenşteynlə qarşılaşacaqBu gün, 09:59 |
|
Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək. Şəffaflıq.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gələcək. D Liqasının 2-ci qrupunun qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçın baş hakim avstriyalı Kristian-Petru Çokirka olacaq. Xatırladaq ki, Azərbaycan millisi qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudur. Geri qayıt |