Əsas Səhifə > Hadisə > Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatıb
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatıbBu gün, 09:54 |
|
Kürdəmir rayonunda toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Bu barədə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub, müvafiq yoxlamalar aparılır. Faktla bağlı araşdırmalar davam etdirilir. Şəffaflıq.az Geri qayıt |