Əsas Səhifə > İnfrastruktur > Yasamal rayonunda içməli su xəttində qəza baş verib

Yasamal rayonunda içməli su xəttində qəza baş verib


Bu gün, 12:34


Bakının Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən, diametri 200 mm olan içməli su xəttində qəza baş verib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olunub. "Su axıntısının qarşısı alınıb. Hazırda qəzanın aradan qaldırılması işləri həyata keçirilir", - məlumatda qeyd olunub.

Şəffaflıq.az


Geri qayıt