Əsas Səhifə > SİYASƏT > Sabah Afinada Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası və biznes forum keçiriləcək
Sabah Afinada Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası və biznes forum keçiriləcəkBu gün, 12:31 |
|
Sabah Afinada Azərbaycan Hökuməti ilə Yunanıstan Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın altıncı iclasının keçirilməsi gözlənilir. Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Komissiyanın Azərbaycan tərəfindən həmsədri olan energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti artıq Yunanıstana yollanıb. Yunanıstan tərəfindən Hökumətlərarası Komissiyanın işinə həmin ölkənin xarici işlər nazirinin müavini Teoharis Teoharis sədrlik edəcək. Hökumətlərarası komissiya ilə yanaşı, səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi, eləcə də Yunanıstan-Azərbaycan biznes forumunun təşkil olunması planlaşdırılır. Qeyd edək ki, Hökumətlərarası komissiyanın beşinci iclası 2024-cü il iyunun 13-də Bakıda təşkil edilib. Bu ilin ilk yanvar-avqust aylarında Azərbaycan ilə Yunanıstan arasında qarşılıqlı ticarətin həcmi 631 milyon 14 min ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artıb. Hesabat dövründə Azərbaycandan Yunanıstana 564 milyon dollarlıq (+25,1 %) məhsul göndərilib, Yunanıstandan Azərbaycana isə 67 milyon dollar (+2,4 dəfə) dəyərində məhsul idxal olunub. Şəffaflıq.az Geri qayıt |