Əsas Səhifə > Hadisə > Sumqayıtda yük maşınının vurduğu piyada ölüb

Sumqayıtda yük maşınının vurduğu piyada ölüb


Bu gün, 11:53


Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Ceyhun Niftəliyevin sükanı arxasında olduğu "Mercedes Atego" markalı yük avtomobili 1973-cü il təvəllüdlü Qəhrəman Həmidovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Geri qayıt