Əsas Səhifə > REGİON > Şamaxı rayonunda koronavirus (COVID-19) pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib-FOTOLAR
Şamaxı rayonunda koronavirus (COVID-19) pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib-FOTOLAR3-04-2020, 00:31 |
Şamaxı rayonunda koronavirus (COVID-19) pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib-FOTOLAR Şəffaflıq.az xəbər verir ki Şamaxı rayonu ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün işlər davam etdirilir. Rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib. Şamaxı Rayon İcra Hakimiyyəti, inzibati ərazi nümayəndələri, bələdiyyələr, digər qurumların nümayəndələrindən və polis əməkdaşlarından ibarət 84 mobil qrup yaradılıb. Mobil qruplar bu gün Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birlikdə xüsusi karantin rejimində işləmələrinə icazə verilmiş ərzaq, meyvə-tərəvəz və ət satışı mağazalarında sahibkarlar və sakinlərlə karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirici söhbətlər aparıb, onlara tibbi spirt, əlcək və maskalar paylayıb, mağazalarda sanitar-gigyenik tələblərin yerinə yetirilməsi səviyyəsinə nəzarət edib. Rayonun bütün yaşayış məntəqələrində fəaliyyət göstərən mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrini mütəmadi olaraq əhalinin diqqətinə çatdırır, onlara şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaları barədə məlumatlar verir. Şamaxı rayonu ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir. Geri qayıt |