Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılacaq

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılacaq


Bu gün, 13:28


Estoniya Tallində Milrem Robotics şirkətinin binalarının yandırılması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini çağıracaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Estoniya Rusiyanı avqustun 14-dən 15-nə keçən gecə Tallində Milrem Robotics şirkətinin binalarının yandırılmasına aidiyyəti olmaqda ittiham edir.

"Bu gün biz Rusiyanın müvəqqəti işlər vəkilini çağıracağıq", - o qeyd edib.


Geri qayıt