Əsas Səhifə > SİYASƏT > Ötən həftə 1385,8 ha ərazi minalardan təmizlənib

Ötən həftə 1385,8 ha ərazi minalardan təmizlənib


Bu gün, 14:59


Azad olunan ərazilərdə sentyabrın 21-dən 27-dək 29 tank əleyhinə mina, 208 piyada əleyhinə mina, 1436 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Hesabata əsasən, həmin müddət ərzində 1385,8 ha ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.


Geri qayıt