Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Yanvar-avqust aylarında 32 440 uşağa reabilitasiya xidmətləri göstərilib
Yanvar-avqust aylarında 32 440 uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 12:24 |
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-avqust aylarında 32 440 uşağa xidmətlər göstərilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan əlilliyi olan 1541 uşaq stasionar, 19 560 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub. Bu kateqoriyaya aid uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər. Geri qayıt |