Əsas Səhifə > SİYASƏT > Səfir: Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələri əhəmiyyətli dərəcədə aktivləşib
Səfir: Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələri əhəmiyyətli dərəcədə aktivləşibBu gün, 16:38 |
|
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov və Özbəkistan parlamentinin Qanunvericilik Palatasının spikeri Nuriddin İsmoilov görüş zamanı iki dövlətin parlamentləri arasında əməkdaşlığın cari vəziyyətini və onun gələcəkdə genişləndirilməsi məsələlərini müzakirə ediblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə Özbəkistan parlamentinin Qanunvericilik Palatasının mətbuat xidməti məlumat yayıb. R.Məmmədov son illərdə parlamentlərarası əlaqələrin əhəmiyyətli dərəcədə aktivləşdiyini qeyd edərək, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün parlamentlər arasında müntəzəm dialoqun, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Görüş zamanı, həmçinin, iki dövlətin parlamentləri arasında əməkdaşlığın cari vəziyyəti və onun daha da genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların səmərəli icrasının təmin edilməsində, qanunyaradıcılığı sahəsində təcrübə mübadiləsində, eləcə də iki ölkə xalqlarının maraqlarına cavab verən təşəbbüslərin dəstəklənməsində parlamentlərin rolunun artırılmasının vacibliyini vurğulayıblar. Həmçinin qeyd edilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin cari ilin may ayında Azərbaycana işgüzar səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin avqust ayında Özbəkistana dövlət səfəri strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə yeni məzmun qazandırıb. Geri qayıt |