Əsas Səhifə > SİYASƏT > Biz xalqıq, millət olsaq, adımız olardı...

Biz xalqıq, millət olsaq, adımız olardı...


2-04-2020, 09:08
Millət olsaq, millətimizin adı olar, bir xalqa ki “azərbaycanlı”, “azəri”, “moğol”, “tatar” deyələr, demək, millət deyilik.
Şəffaflıq.az xəbər verir ki, bu sözləri millət vəkili Tahir Kərimli Teleqraf.com-a geniş müsahibəsində deyib. O bildirib ki, xalq kimi də özümüzdən başqa hamıya oxşayırıq:
“Uşağımıza, yaxud hüquqi şirkət yaradıb ona ad qoyanda da özümüzə oxşamırıq. Qloballaşma ilə bağlı məqaləmdə öz övladlarımıza qoyduğumuz ad məsələsinə, ayların adlarının milliləşməsinə toxunmuşdum. İran islam dövlətidir, niyə fars adlarıdan imtina edib islam adları götürmür? Türkiyə, Çin, Yaponiya da eləcə. Dədə-babadan ayların adı əkin, biçin, çillə və s.-dir. İndi məni öldürürlər, söyürlər ki, Tahir Kərimli gündəmi dəyişir və sair. Ay balam, mən başa düşə bilmirəm, biz nə vaxt özümüzə oxşayacağıq?!”
Millət vəkili qeyd edib ki, xalqımızın “özünə oxşaması” üçün var gücü ilə çalışacaq:
“Bu mübarizəmdən geri duran deyiləm. Öz dövlət dilini bilməyən hansı şəxs, qurum milli problemini həll edə bilər? Qarabağ problemini həll edə bilərmi? Rus və ingilis dilini bilən ziyalılarımız var, onlara can qurban. Amma dövlət dili də var axı. Qanunlarımıza riayət edək, özümüzə oxşayaq”.
Geri qayıt