Əsas Səhifə > İnfrastruktur > MİDA qeyri-yaşayış obyektlərini hərrac vasitəsilə satışa çıxarır

MİDA qeyri-yaşayış obyektlərini hərrac vasitəsilə satışa çıxarır


Bu gün, 15:21


Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri olan 1-ci və 2-ci Yasamal Yaşayış Komplekslərində, habelə 2-ci Hövsan Yaşayış Kompleksində yerləşən, Agentliyə məxsus MİDA MMC-nin xüsusi mülkiyyətində olan ümumilikdə 13 qeyri-yaşayış obyekti və onlara aid zirzəmi sahələri qanunvericiliyə uyğun olaraq hərrac vasitəsilə satışa çıxarılacaq.

Şəffaflıq.az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, hərracı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Hərracların Təşkili Mərkəzi keçirəcək.


Geri qayıt