Əsas Səhifə > SİYASƏT > Biləsuvarda dinin siyasiləşdirilməsinin yaratdığı risklərə həsr olunan regional konfrans keçirilir
Biləsuvarda dinin siyasiləşdirilməsinin yaratdığı risklərə həsr olunan regional konfrans keçirilirBu gün, 11:01 |
|
Biləsuvar şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti" mövzusunda regional konfrans başlayıb. Şəffaflıq.az-ın məlumatına görə, tədbirdə Dövlət Komitəsinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər. Konfransın məqsədi müasir dövrdə dinin siyasiləşdirilməsinin ictimai-mənəvi nəticələrinin müzakirə edilməsi, dini dəyərlərdən siyasi məqsədlərlə istifadə hallarının doğurduğu risklərə diqqət yetirilməsinin təşviq olunmasıdır. Eyni zamanda, konfransda ideoloji təhdidlərə qarşı preventiv yanaşmalar nəzərdən keçiriləcək, din xadimlərinin bu istiqamətdə məsuliyyətinə dair fikir mübadiləsi aparılacaq. Tədbir çərçivəsində "Dinin siyasiləşdirilməsinin ictimai və mənəvi fəsadları" və "İdeoloji təhdidlərə qarşı mübarizədə din xadimlərinin rolu" mövzuları üzrə panel müzakirələrin təşkili, eyni zamanda din xadimləri üçün təlimin keçirilməsi nəzərdə tutulur. Geri qayıt |