Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Polşada məktəbdə və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
Polşada məktəbdə və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıbBu gün, 14:58 |
|
Polşanın Daxili Təhlükəsizlik Agentliyi məktəbə və məscidə hücumlar hazırlamaqda şübhəli bilinən 17 yaşlı Pavel Q-ni saxlayıb. Şəffaflıq.az-ın Polşanın "RMF24" portalına istinadən verdiyi məlumata görə, axtarış zamanı onun üzərində soyuq silah və nasist simvolları olan materiallar aşkar edilib. O, 3 cinayətdə ittiham olunub. Polşa vətəndaşı olan yeniyetmə terror fəaliyyəti ilə məşğul olan, həmçinin faşizm və nasizmi təbliğ edən mütəşəkkil cinayətkar qruplaşmada iştirak etməkdə günahlandırılır. O, həmçinin milli, etnik, irqi və dini mənsubiyyət əlamətlərinə görə açıq şəkildə nifrəti qızışdırmaqda ittiham olunur. İttihamın üçüncü bəndi bir neçə nəfərin qətlini hazırlamaqla bağlıdır. İstintaqın məlumatına görə, şübhəli şəxs silah, döyüş sursatı və hərbi ləvazimat almağı planlaşdırıb. Onun mənzilində axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bıçaqlar, tüfəng süngüsü, kitablar, üzərində faşist və nasist simvolları olan digər materiallar aşkar ediblər. Yeniyetmənin elektron cihazlarında məktəbə və məscidə hücum planlarının, eləcə də silah, döyüş sursatı və hərbi ləvazimatın alınmasının müzakirə edildiyi yazışmalar tapılıb. Şübhəli şəxs günahını etiraf etməyib və ifadə verməkdən imtina edib. Məhkəmə onu üç ay müddətinə həbs edib. Təqsirli bilinəcəyi təqdirdə onu 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Geri qayıt |