Əsas Səhifə > SİYASƏT > Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib

Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib


Bu gün, 16:00


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 21-də Bakıda vətəndaşları qəbul edib.

Bu barədə komitədən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşlar əsasən dini maarifləndirmə işlərinin genişləndirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı təklif və müraciətlərini diqqətə çatdırıblar.

Komitə sədri vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib.

Şəffaflıq.az


Geri qayıt