Əsas Səhifə > Hadisə > Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:25 |
|
Lənkəranda gənclər arasında dava bir nəfərin komaya düşməsinə səbəb olub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllədaxili travma diaqnozu qoyulub. E.İbadov reanimasiya şöbəsinə yerləşdirilib, süni tənəffüs aparatına qoşulub. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |